Nur.gen.tr
Bismillah hər xeyrin başıdır.
Axtarılacaq Kəlimə: 
Suallar və Cavablar(Allah)
      Allahu Təala heçbir şeyə möhtac olmadığı halda insanlara ibadəti əmretmiş və  bu ibadət vəzifəsini yerinə gətirməyənləri şiddətlə təhdit etmiş.Bunun səbəbi nədir? 

1.Cavab
Yer və göy üzü səhifələrinə diqqətlə baxan adam açıqca anlayar ki,sonsuz bir qüdrət və zənginlik sahibi biri var. Özünün ən kiçik qəlbə aid ehtiyacını görməklə bərabər,günəş sistemindəki ulduzları da O ayaqda tutur.Trilyonlarca canlının vaxtı-vaxtında rızqını O təmin edir.Bitkilərin yağmur ehtiyacını O qarşılayır; dənizin,dərinliklərindəki balıqları O bəsləyir.

Eyni güc və qüdrət, yüz il əvvəl adı belə olmayan bir insanı, yoxluqdan varlıq aləminə çıxarır. Doqquz ay ,ana rəhmində tərbiyə edir, ruhuna uyğun əlbisə (geyim) verir. Bütün həyat seyri içərisində bütün ehtiyaclarını O qarşılayır. Günəşi gözünə, qida maddələrini mədəsinə, havanı cigərlərinə görə O tərbiyə edir.

Bütün bu feillər və bu nemətlər inanan və inanmayan üçün, itaət edən və isyan edən üçün dəyişməyir. Hava ,oksigen vəsiləsiylə həm mömünün həmdə kafirin qanını təmizləyir. Bu hal, ilk insanın var olduğu gündən bu yana belə davam edir.

Bəşərin bütün ehtiyaclarına cavab verən bu kainat, insana etdiyi bu qədər yardıma qarşılıq, onun heçbir şeyinə möhtac deyil. Yəni kainat insandan deyil, insan kainatdan istifadə etməkdədir. Həqiqət beləykən,kainatın yaradıcısı haqqında belə bir sualı necə soruşmaqolar?

Bəli, ibadətin mənası, Allah'ın lütuf və yardımıyla,rəhmət və kərəmiylə bəxşetdiyi saysız nemətlərə qarşı qulun, şükür və həmd ilə qarşılıq verməsidir. O'nu təqdis və təsbeh etməsidir.Qulun,bu şükür borcunu yerinə gətirməsinə,Allah'ın möhtac olduğunu,necə düşünmək olar?

Həm ibadət,qulun Allah'ın dərgahına ehtiyaclarını ərz etməsi,O'na dua ilə yalvarmasıdır.Bu yalvarışla,insan qəlbi və ruhu hər növ ələm və kədərdən qurtulub,sürur və rahatlığa qovuşur.

Həm ibadət,insanın insani kamillik və dolğunluğuna,ruhunun huzuruna,ülvü hisslərinin tətmin və ucalmasına,nəfsin tərbiyəsinə,qəlbin təsfiyəsinə,əxlaqın gözəlləşməsinə,ailə həyatının ahənginə və ictimai həyatda güvən halının yaşanmasına son dərəcə lazımlı bir ünsürdür.Bəli,hər yönüylə insana baxan ibadətin,hər şeyin özünə möhtac olduğu bir zata; o zatın ibadətə nə ehtiyacı var?  deyilən sual; sarayın qapısı önündə bir dilənçinin,padişahın mənim özünə əl açmağıma nə ehtiyacı var?  sualına oxşayır...

Qaldı ki, Allah insanlara ibadət etməyi əmretməsəydi, qullar, bu qədər nemət və lütuf qarşısında yenə həmd və şükretməliydi.Dünyada,bir neçə səbəblər vəsiləsiylə özünə ehsanda olunan Allah'a qarşı,səbəb pərdəsini paralayıb,doğrudan doğruya O'na yönəlməsi,minnətdarlığını O'na ifadə etməsi, O'nu yeganə məbud tanıması insanlığın gərəyidir.
30.11.2008 11:27:33


Yardım
*Sizlər də marağlandığınız mövzularda suallarınızı müxabərə bölümündən soruşabilərsiz.Müxabərə üçün basın.
Suallar və Cavablar Bölümündə sol tərəfdəki menudan kateqoriya seçərək yada axtarış edərək sualları siyahiləyəbilərsiz. * Siyahilənmiş suallara basaraq hamısını oxuyabilərsiz. * Axtarış edəndən sonra siyahilənən suallara başlığında yazılmış sarı rəngli linklər vasitəsiylə yətişəbilərsiz.
 | 
Pharmaceutical Track & Trace System İlaç Takip Sistemi