Nur.gen.tr
Bismillah hər xeyrin başıdır.
Axtarılacaq Kəlimə: 
Suallar və Cavablar(Qəza və Qədər)
      Şərri də Allah mı yaradır?

1.Cavab

İslama görə xeyri,yaxşıyı,gözəli yaradan da Allahdır; şərri,pisi,çirkini yaradan da. 

"Allah şərri necə yaradır?" deyənlər var.Güya bunlar şərri yaratma feilini Rəbbimizə yaraşdırmayırlar. Halbuki,onların düşündüklərinin əksinə bu O'nun ucalığının əlamətidir.

Gözəl cisimlərin rəsmini yaxşıca çəkən bir rəssam,çirkin surətləri də  eyni müvəffəqiyyətlə çəkəbilirsə,bu onun sənətdəki mükəmməlliyini gösdərir. Çirkin varlıqların rəsmini çəkəbilməsəydi,bu bir nöqsanlıq olardı. Pislikləri yaratma mövzusuna da bu misalla baxılabilir.

Qaldı ki, şərri yaradmaq yox,şərri (şərr əməl)
 etmək şərdir.

"Şərri Allah yaradmayır" deyənlərə soruşuruq: Allah yaradmayırsa,kim yaradır?

Bu suala veriləcək hər cavabda şirk qoxusu var. Yaradmaq Allaha məxsusdur və O'nun tayı,bənzəri,yardımcısı,ortağı yoxdur. Bu məsələnin bir üzü.

 Birdə mövzunun imtahan yönü var. Əgər Allah,sadəcə xeyri yaratsaydı,pisliklər heç olmazdı. O zaman imtahanın da bir mənası qalmazdı. Harama düşmək,günah etmək,inkar etmək mümkün olmazdı. Hərkəs məcburən mələk kimi olardı.Halbuki, Rəbbimizin muradı bu deyil, O, qulun isdəkiylə xeyrə yönəlməsini  arzu edir. Bu səbəblə,qulun iradəsi nəyi tərcih edirsə onu yaradır.

 Misal üçün: ayaqlarla mescidə getməkdə mümkündür,meyxanaya (içki məclisinə) getməkdə. Birincisi xeyir, ikincisi şərrdir. Allah,qulun dilədiyinə görə yaradır. Meyxanaya gedən ayaqlar kəsilsəydi, harama meyledən gözlər kor olsaydı,ibadət etməyənlər açıq bir xəsdəliyə tutulsaydı,qulun iradəsi qalmazdı.

Demək ki, yaxşılarla pisləri ayırmaq üçün,xeyrin yanında şərri də yaradmaq hikmətin ta özüdür. Düşünürəm ki,bu cavab "Allah,şərrə niyə mane olmayır?" sualınında cavabıdır.

29.11.2008 18:50:01


Yardım
*Sizlər də marağlandığınız mövzularda suallarınızı müxabərə bölümündən soruşabilərsiz.Müxabərə üçün basın.
Suallar və Cavablar Bölümündə sol tərəfdəki menudan kateqoriya seçərək yada axtarış edərək sualları siyahiləyəbilərsiz. * Siyahilənmiş suallara basaraq hamısını oxuyabilərsiz. * Axtarış edəndən sonra siyahilənən suallara başlığında yazılmış sarı rəngli linklər vasitəsiylə yətişəbilərsiz.
 | 
Pharmaceutical Track & Trace System İlaç Takip Sistemi